Şagirdlər kimya dərsində təcrübə aparıblar

17 Oktyabr 2019 11:06

Hər dəfə kimya dərsində dostlarımızla bərabər maraqlı təcrübələr keçiririk. Bu gün qarışıqlar və qarışıqların ayrılması üsulları ilə tanış olacayıq. Əvvəlcə öyrənək ki, qarışıq nədir? İki və daha artıq maddənin kimyəvi tərkibini itirmədən əmələ gətirdiyi sistem qarışıq adlanır. Məsələn,  şəkər və ya duz qatılmış su qarışıqdır.Teyfur şəkər və su qarışığının buxarlanma üsulu ilə ayrılmasını təcrübdən keçirir.  Şəkəri sudan ayırmaq üçün onu çini kasaya tökürük. Məhlul tamamilə buxarlananadək qızdırılır. Nəticədə kasada şəkər qalır. Bu üsulla xörək duzunu da sudan ayırmaq olar. Aysu isə rəngli qarışıqların ayrılmasını sınaqdan keçirəcək.  Bu zaman o kömürdən və rəngli sudan istifadə edəcək. Hər hansı bərk maddə suda həll olmursa bu qarışıq suspenziya adlanır. Fatimə bu təcrübədə şəkər, qum və suyun qarışığından istifadə edir. O maddələri ayırmaq üçün süzgəc kağızından keçirir. Bu zaman bərk maddə süzgəc kağızının üstündə qalır.Fatimə və Aynur isə ayırıcı qıfla suyu yağdan və benzindən ayıracaqlar.Təcrübə apararkən maddələrin kiçik miqdarından istifadə edin. Təhlükəsizlik üçün bu qaydalara riayət etmək vacibdir.