Uşaqlar quşlar üçün yuvalar hazırlayıb, yem qoyublar

17 Oktyabr 2019 11:10

Havalar soyuduqca meşəlik və dağlıq ərzilərdə yaşayan quşların qidalanması çətinləşir. Çünki, quşların yeyə biləcəyi otlar qarın altında qalır, həşəratlar gizlənir, ağaclarda olan meyvə və giləmeyvələr isə tükənir. Xaçmaz rayonu, Uşaq Gənclər İnkişafMərkəzinin şagirdləri qərara alıblar ki, quşlar üçün yuvalar düzəltsinlər.Daha sonra uşaqlar quşlar üçün yem də qoydular. Uşaqların məqsədi quşlara qayğı göstərmək, onları qorumaqdır.  Hafizə xanım Uşaq Gənclər İnkişaf Mərkəzində müəllim işləyir. O hesab edir ki,yaşıllıqların və orada yaşayan canlıların qorunmasında hər kəs  iştirak etməlidir, təbiətə öz evi kimi yanaşmalıdır. Çünki onlarında yardıma, diqqətə ehtiyacı var.Dostlarımız soyuq havalarda mütəmadi olaraq quçlar üçün yem gətirmək niyyətindədilər.