Xaçmazda sağlamlıq imkanları məhdud oluğuna görə 58 şagird evdə təhsilə cəlb olunub

18 Oktyabr 2019 11:30

Dostumuz Murad Qədimov 7-ci sinifdə oxuyur. Sağlamlığında müəyyən probremlər olduğu üçün evdə təhsil alır. Murad dərslərə həvəslə yanaşır. Heydər müəllim 3 ildir, Murada Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs deyir. O, şagirdinin çalışqan olduğunu bildirir. 2019-2020-ci tədris ilində Xaçmaz rayonu üzrə ümumilikdə 58 şagird sağlamlıq imkanları məhdud oluğuna görə evdə təhsilə cəlb olunub. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara dərslər həftə içi beş gün keçilir.Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması onların cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir, özünəinam hissini artırır.