Musiqi uşaqların zəkasına necə təsir edir?

18 Oktyabr 2019 11:37

Həzin bir musiqi əzələlərdəki yorğunluğu aparır, beyni sakitləşdirir. Elə bu səbəbdəndir ki, körpələri yatırarkən onlara laylay oxuyurlar. Çünki, musiqi uşaqların psixologiyasına, daxili aləminə təsir göstərir.Mütəxəssislər müəyyən edib ki, musiqi beynin fəaliyyətini gücləndirir. Məlumatın aydın qəbul edilməsinə, tez qavranılmasına kömək edir. Bu baxımdan uşaqların zehni qabiliyyətinin inkişafında musiqinin rolu böyükdür.Uşaqlar üçün musiqi seçimi də çox vacibdir. Çünki, mahnıların mətni, musiqinin melodiyası psixoloji olaraq böyük təsirə malikdir.