Uşaqlar asudə vaxtlarında nə ilə məşğul olur?

18 Oktyabr 2019 11:41

Uşaqların asudə vaxtlarının səmərəli təşkili onların yaradıcı qabiliyyətinin inkişafına, həmçinin dərslərində nəticələrinin yaxşılaşmasına müsbət təsir edir. Gördüyünüz bu dostlarımız da boş vaxtlarında maketlər hazırlayır, maraqlı aksesuarlar toxuyurlar.  İstedadlı məktəblilərin əl işləri rayonda təşkil olunan sərgilərdə nümayiş olunur. Dostlarımız müsabiqələrdə də iştirak edirlər.Uşaqlar noyabr ayında keçiriləcək  “Fövqaladə hallar uşaqların gözü ilə” Respublika müsabiqəsinə hazırlaşırlar.