İkinci “Animafilm” Beynəlxalq Animasiya Festivalı başlayıb

19 Oktyabr 2019 12:20

“İkinci ANİMAFİLM Bakı” Beynəlxalq Animasiya Festivalına start verilib. Üç gün davam edəcək festivalın tərəfdaşları Azərbaycan Kinematoqrafçılar İttifaqı və Mədəniyyət Nazirliyidir. Festivala müxtəlif ölkələrdən olan incəsənət xadimləri, animatorlar və layihəni izləməyə gələn nümayəndələr qatılıb. Festivalın icraçı direktoru Rəşid Ağamalıyev deyir ki, məqsəd Azərbaycanda animasiya sənətini inkişaf etdirməkdir. Maraqlı məqamlardan biri də odur ki, builki festivalda uşaqlardan ibarət münsiflər heyəti də var.ANİMAFİLM festivalının müsabiqə proqramına 50 ölkədən 268-dən çox müraciət daxil olub. Müsabiqə qalibləri festivalın sonuncu günü – oktyabrın 20-də bəlli olacaq. Festivalın finalında ARB Günəş televiziyasının Layihələr Departamentinin direktoru Çimnaz Şıxverdiyevanın Ağaclar necə danışır” adlı hekayəsi də iştirak edir.  Ölkənin ilk uşaq kanalı ARB GÜNƏŞ  “İkinci ANİMAFİLM Bakı” Beynəlxalq Animasiya Festivalının media tərəfdaşıdır.Ölkənin ilk uşaq kanalı “ARB Günəş”in media tərəfdaşı olduğu “İkinci ANİMAFİLM Bakı” Beynəlxalq Animasiya Festivalına start verilib. Festivalın keçirilməsində məqsəd Azərbaycanda animasiya sənətini inkişaf etdirməkdir. ANİMAFİLM-in müsabiqə proqramına 50 ölkədən 268-dən çox müraciət daxil olub, festival oktyabr ayının 20-nə kimi davam edəcək.