"Qız qalası" festivalı uşaqların gözü ilə

28 2018 10:05

Festivalda rəssamlar  Qız Qalası maketlərini dahi Azərbaycan şairi  Nəsiminin əsərləri əsasında çəkilən səhnələrlə bəzəyiblər. Bu əl işləri dünyanın müxtəlif ölkələrində nümayiş olunacaq.  “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Dünyanın müxtəlif ölkələrindən gələn 100-dən çox tanınmış rəssam bu festivalda iştirak edib. Festival Bakı şəhərində və Fransanın Kann şəhərində reallaşdırılıb. Layihənin məqsədi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən İçərişəhər ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır.