Milli Müstəqillik günü ilə bağlı Xaçmazda flaşmob keçirilib

19 Oktyabr 2019 12:24

Xaçmazda dövlət müstəqilliyimizin 28-ci ildönümünə həsr edilən flashmob keçirilib. Tədbir Xaçmaz şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə baş tutub. Xaçmaz şəhər 5 və 6  saylı tam orta məktəblərin şagirdləri maraqlı kompozisiya təqdim ediblər. Flaşmobda 400-ə yaxın şagird iştirak edib. Onlar üçrəngli bayrağımızın görüntüsünü nümayiş etdiriblər.Tədbirin təşkilində məqsəd məktəblilərə vətənə, bayrağımıza sevgi aşılamaqdır.