“İstedArt” layihəsinin yeni mövsümünə start verilib

19 Oktyabr 2019 12:44

Bu gün “İstedart” layihəsinin yeni mövsümünə start verilib. Layihədə iştirak etmiş gənc rəssamlar yaradıcılıq imkanlarına malik uşaqlara Qız Qalası abidəsinin maketləri üzərində rəsm çəkməkdə köməklik göstərib. Layihənin təşkilatçısı İlyas Ağakişibəyli festival çərçivəsində valideyin himayəsindən məhrum olmuş və daun sindiromlu uşaqlara verilən dəstəkdən danışıb.Layihə ilə bağlı bütün təşkilatı və maliyyə dəstəyi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təmin olunur.Layihə 9 ay ərzində  davam edəcək. Bu müddət ərzində balacalar öz bacarıqlarını davamlı şəkildə nümayiş ettirəcək.