Badminton necə oynanılır?

22 Oktyabr 2019 12:18

Badminton məktəblilər arasında ən çox sevilən idman növlərindən biridir. Quba rayon Hacıqayıb kənd tam orta məktəbində uşaqlara badminton məşqləri keçilir. Artıq üç ildir ki, məktəblilər bu idman növünün sirlərini öyrənirlər. Badmintona təkcə oğlanlar deyil qızlar da maraq göstərirlər . Dostlar badminton oyunu tor ilə iki hissəyə bölünən düzbucaqlı meydançada keçirilir. Rəqiblər tək-tək və ya iki nəfərlik komandalar şəklində mübarizə aparır. Oyunçular xüsusi topu bir-birinin meydançasına vurub yerə salmağa çalışırlar. Badminton 1992-ci ildən Olimpiya oyunları siyahısına salınıb. Bu idman növünün Azərbaycanda yaranması 1962-ci ilə təsadüf edir. İlk dəfə 1963-ci ildə badminton üzrə Azərbaycan çempionatı keçirilib. 1996-cı ildə isə Badminton Federasiyası yaradılıb.Hazırda Hacıqayıb kəndində bu idman növü ilə 30 məktəbli məşğul olur.Badmintonçular arasında respublika üçüncüsü olan idmançılar da var. Qarşıda dostlarımızı zona və resublika birinciliyi gözləyir.