Şagirdlər “Hərəyə bir ağac əkək” adlı aksiyada iştirak ediblər

29 Oktyabr 2019 14:45

Xaçmaz şəhər 1 saylı tam orta məktəbin kollektivi “Hərəyə bir ağac əkək” adlı aksiya təşkil edib. Ağacəkmə aksiyasına müəllim və məktəblilərlə bərabər valideynlər də qatılıb. Təbiətsevərlər məktəbin həyətində  şam ağacları əkiblər.Ağacəkmə aksiyası çərçivəsində şagirdlər 30-a yaxın ağac əkiblər. Məktəblilər yeni əkilən şam ağaclarının dibini möhkəmləndirib, onlara su veriblər.Ağac əkmək təbiətə, insanlara fayda vermək deməkdir. Ağaclar oksigen mənbəyi olduğu üçün ətraf mühiti təmiz hava ilə zənginləşdirir. Eyni zamanda yaşıllıqlar gözəl mənzərə yaradır.