Boy artımına kömək edən qidalar hansılardır?

29 Oktyabr 2019 14:50

Ucaboylu olmaq, tez böyümək əksər uşaqlar arzusudur. Boy artımı daha çox genetika ilə bağlı olsa da, qidalanma və başqa amillər bu məsələdə böyük rol oynayır. Bəs boy artımını əngəlləyən hansı səbəblər var?Mütəxxəssislərin fikrincə uşaqların qidalanmasında meyvə-tərəvəzi, dənli bitkiləri, süd məhsullarını, yumurtanı, ət və balığı artırmaq, xəmir xörəkləri və şirniyyatı isə azaltmaq lazımdır. Boyun artmasında ən təsirli minerallardan birincisi kalsiumdur. Kalsium daha çox süd və süd məhsullarında olur. Süd, qatıq, kərə yağı, pendir uşaqların sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. 18 yaşına kimi hər bir uşağın gün ərzində 2 stəkan süd içməyi, 1 stəkan qatıq yeməsi məsləhət görülür.Uşaqların böyümə sürəti 1-2 yaş arasında təxminən ildə 8 sm, bundan sonra isə yetkinlik dövrünə qədər ildə 5-6 sm-dir. İllik boy artımı normadan az olarsa, bu boy qısalığına səbəb ola bilər. Adətən qızlarda 15-16 yaşlarında boy artımı başa çatsa da oğlanlarda 18 yaşadək davam edir.