İstehsal və istehlak terminlərinin mənası nədir?

29 Oktyabr 2019 14:55

İstehsal və istehlak iqtisadiyyat elminə aid terminlər kimi bilinsə də həyatımızın ayrılmaz bir hissəsini təşkil edir. İstər qida sənayesi olsun, istər tikinti, istər də məişət, demək olar ki, bütün sahələrdə bu iki proses mühüm rol oynayır.Hər kəsin yaşamaq, sağlamlığını qorumaq və normal fəaliyyət göstərmək üçün zəruri olan məhsulları almağa ixtiyarı var. Hamı istəyir ki, aldığı mal keyfiyyətli olsun. Bu, istehlakçının hüququdur. Keyfiyyətsiz mal satan hər kəs alıcının hüququnu pozmuş olur. Aldığı məhsul istehlakçını qane etmirsə o həmin malı geri qaytarmaq hüququna malikdir.