Uşaqlara saatı əyləncəli üsullarla necə öyrədə bilərik?

29 Oktyabr 2019 15:00

Balaca Uşaqlar vaxtı təyin etməkdə çətinlik çəkirlər. Çünki saatı bilmirlər. Amma onlara əyləncəli üsullarla asanlıqla saatı öyrətmək olar.Uşaqların saatı öyrənməsi üçün onlara oyuncaq saatlar almaq olar. Yaxud da belə saatları özünüz hazırlaya bilərsiz. Bunun üçün adi kağızlardan istifadə etmək olar.Əylənərək saatı öyrənmək məktəblilər üçün daha asan olacaq. Balacalara saat öyrədən zaman qısa yarpağın üzərinə saatı, uzun yarpağın üzərinə isə dəqiqəni yazın. Belə olan halda uşaqlar saat və dəqiqə anlayışını daha tez öyrənəcəklər.