Təhlükəsizlik kəməri bizi nələrdən qoruyur?

30 Oktyabr 2019 12:28

Avtomobildə olarkən uşaqların təhlükəsizliyini təmin etmək önəmlidir. Belə ki, azyaşlı sərnişinlər uşaq oturacağından və ya təhlükəsizlik kəmərindən istifadə etməlidir. Bu balacaları qəza zamanı təhlükəli xəsarətlərdən qoruyur.Mütəxəssislərin fikrinə görə, 4 yaşından sonra hərəkətli oturacaqlardan və ya təklükəsizlik kəmərindən istifadə edə bilməyən uşaqlar üçün yüksəldici oturacaqlardan istifadə olunmalıdır. Təhlükəsizlik kəməri isə 12 yaşından sonra taxılmalıdır. Uşaq oturacağını qapıların yanına qoymaq yox arxa oturacağın ortasına yerləşdirmək daha məsləhətlidir.Yol hərəkəti haqda qanunun tələbinə görə, sürücü və sərnişinlər hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Unutmayaq ki, kəmərdən istifadə baş verə biləcək yol qəzasında sürücü və sərnişinlərin həyat və sağlamlığının 65-70 faiz qorunması deməkdir.