Ağaclar xəzandan sonra canlı həyata necə davam edir?

30 Oktyabr 2019 12:36

Payızda xəzan hadisəsi baş verir. Yaşıl yarpaqlar sarı-qızılı rəngə boyanır.  Onlar rəngini dəyişdikdən sonra onlar tədricən tökülməyə başlayır. Yarpaqlar ağacların həyatında fotosinteztənəffüs və buxarlanma üçün əsas orqan sayılır. Onlara həm də kiçik zavodlar deyilir. Yarpaqda günəş enerjisinin təsiri ilə üzvi maddələr əmələ gəlir ki, bitki bundan qida kimi istifadə edir.Bəs ağaclar bu vacib orqanlarını itirdikdən sonra necə qidalanır? Özünə lazım olan maddələri hardan alır?Yarpaq tamamilə qırılıb ağacdan düşmədən əvvəl müxtəlif mərhələlərdən keçir. Yarpaqların tökülməsi ağacın canlı həyata davam etməsi üçün bir şərtdir ki, bahar gələndə yenidən yaşıl yarpaqlar cücərə bilsin. Bundan başqa ağaclar yarpaqlarını tökərək qış mövsümündə enerjiyə qənaət edirlər. Lakin bu cür mövsümi xəzan il ərzində toplanan qida elementlərinin itirilməsi baxımından heç də əlverişli deyil. Elə buna görə xəzandan öncə yarpaqlardakı qida elementləri bitkinin gövdə və budaqlarına daşınır. Yəni, xəzandan öncə yarpaq hüceyrələrindəki azot və fosfor növbəti mövsümdə istifadə olunmaq üçün gövdə və budaqlarda toplanır.Torpağa düşən yarpaqlar bir çox canlıların faydalana biləcəyi qida maddələrinə çevrilir. Onlar mikroorqanizmlər tərəfindən dəyişikliyə məruz qalır və torpağa qarışırlar. Ağaclar da bu maddələri kökləri vasitəsilə torpaqdan yenidən qida olaraq geri alırlar.