Dilimizə yad olan sözlərdən istifadə etməmək üçün nə etməliyik?

31 Oktyabr 2019 10:28

Məktəb yaşlı uşaqlar, dilimizə yad olan sözlərdən daha çox istifadə edirlər.Xüsusilə dərs prosesində rus dilində olan sözlər daha çox eşidilir. Misal üçün şagirdlər sinif yoldaşlarına qələm əvəzinə “ruçka”, rəsm dəftəri əvəzinə “albom”,  çanta əvəzinə “sumka”nı ver kimi müraciətlər edirlər.  Bu sözlər dilimizə elə hopub ki, şagirdlər təkcə dərs zamanı deyil, gündəlik həyatda, məişətdə də yad sözlərdən istifadə edirlər.Təbii ki, bu kimi yad sözlərin dilimizdə əvəzləyiciləri var. Bəs görəsən şagirdlər bu sözlərdən istifadəni azaltmaq üçün nə edirlər?İbtidai sinif müəllimi Məryəmxanım Ağaxanova deyir ki, dilimizi yad sözlərdən təmizləmək üçün gələcək nəsillərə Azərbaycan dilinin mənşəyi düzgün və aydın şəkildə öyrədilməlidir. Bu sözlərdən istifadəni minumuma endirmək üçün şagirdlərə doğma dilimizdə olan lügətlərdən istifadə etməyi tövsiyyə etmək lazımdır. Orta məktəblərdə tədris olunan Azərbaycan dili dərslərində dilimzin zənginliyi və qrammatik qaydaları şagirdlərə tədris olunur. Dostlar hər bir kəs öz doğma dilinə hörmətlə yanaşmaldır. Çünki doğma dilimzi bizim milli kimliyimizdir.