Payız və qış aylarında D vitaminini hansı mənbələrddən ala bilərik?

31 Oktyabr 2019 10:32

Orqanizmimiz D vitamininin 95%-ini günəş şüalarından alır. Lakin payızda və qışda günəşli saatların az olması, daha çox qapalı məkanlarda vaxt keçirməyimiz səbəbindən bu vitaminin günəşdən qəbulu  azalır. Sümüklərin inkişafı üçün D vitamini  böyük əhəmiyyətə malikdir. Bəs görəsən D vitaminini başqa hansı mənbələrdən ala bilərik? Əvvəlcə dostlarımızın fikirlərini öyrənək.Həkim Nadir Hacıyev deyir ki, bu fəsildə uşaqlar karbohidrat, zülal və yağlarla zəngin qidalar qəbul etsinlər. Uşaqlar gün ərzində açıq havada vaxt keçirsinlər.D vitamini immun sisteminin normal fəaliyyəti və sinirlərin inkişafı üçün də vacibdi. Xüsusilə məktəb yaşlı uşaqların yaddaşının möhkəmlənməsində də bu vitamin xüsusi  rol oynayır.