Səhər yeməyinin faydaları nələrdir?

31 Oktyabr 2019 10:34

Belə bir deyim var: səhər yeməyini özün ye, naharı dostunla böl, şam yeməyini düşməninə ver. Bu deyim məcazi mənada işlənsə də burda bir həqiqət var: düzgün qidalanmağın, eləcə də səhər yeməyinin orqanizm üçün nə qədər əhəmiyyətli olduğunu diqqətə çatdırmaq. Gecə yatıb istirahət etmiş bədənimizin qidaya ehtiyacı olur. Günə gümrah başlamaq üçün yaxşı bir səhər yeməyi də yeməliyik. Dostumuz Sərvət də hər gün səhər yeməyi yemədən evdən çıxmır. Sərvət səhərlər daha çox yağ, pendir, kökə və yumurta yeyir.  Yaxşı qidalanır ki, dərslərinin öhdəsindən də yaxşı gələ bilsin.Həkim Pərvanə Şərifova deyir ki, kalori ilə zəngin yeməklərə üstünlük verilməlidir. Süd və süd məhsulları, yumurta, bal kimi qidalar bol enerji qaynağıdır.Dostlar yaxşı olar ki, səhər yeməyini saat 07:30 – 08:30 arası qəbul edəsiniz. Səhər yeməyi inkişafda olan uşaq orqanizmini, mədə-bağırsaq sistemi xəstəliklərdən qoruyur. Səhər normal yeyən uşaqların hafizəsi daha güclü olur.   Bu onların dərsdəki nəticələrinə müsbət təsir edir.