Son zamanlar uşaqlara ən çox hansı adlar qoyulub?

01 Noyabr 2019 12:52

Son 1 ilərzində oğlan uşaqlarına ən çox qoyulan ad Yusif, qız uşaqlarına isə Zəhra olub. Qızlara qoyulan adlar içərisində Zəhradan sonra Nuray, Aylin, Məryəm, Mələk və Fatimə adları daha çox  üstünlük təşkil edir. Oğlanlara isə ən çox Əli, Hüseyn, Uğur, Məhəmməd, Murad və Ayxan adları qoyulub. Apardığımız sorğuda valideynlər körpələrə milli adların, ən çox da tarixi şəxsiyyətlərimizin adlarını qoymağın tərafdarıdır.Sosioloqlar düşünür ki, bəzən valideyinlər kütləvi şəkildə baxdıqları hər hansı serial və film qəhrəmanlarının adlarını uşaqlara qoyurlar. Lakin bu yanlış yanaşmadır. Son illərdə doğulan uşaqlara qoyulmuş qəribə adlara adlara da rast gəlinir.  Bunlara Sürmə, Göygöz, Başxanım, Çaydagül, Qələm və digərlərini misal göstərmək olar. Valideynlər uşaqlara ad seçərkən həmin adın bir ömür boyu uşağı müşayiət edəcəyini nəzərə almalıdır.