Basketbol komandaları arasında “Təhsil liqası” keçirilir

01 Noyabr 2019 12:55

Basketbol üzrə “Təhsil Liqası”  keçirilir. Yarışın təşkilatçısı  “Təhsil” Respublika İdman Mərkəzidir. Liqada idman məktəbləri və  müxtəlif idman təşkilatlarının 49 komandası mübarizə aparır. Komandalar 13, 15 və 17 yaşadək qızlar və oğlanlardan ibarətdir.Liqanın keçirilməsində məqsəd bacarıqlı basketbolçuların aşkar edilməsi, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasıdır. Liqa 2 dövrədən ibarətdir. Yarış 2020-ci ilin iyun ayında başa çatacaq. Müxtəlif yaş qrupları üzrə I, II və III yeri tutan komandalar diplom, kubok və medallarla mükafatlandırılacaq.