Uşaqların çantasına hansı ərzaqlar qoyulmalıdır?

01 Noyabr 2019 12:58

Uşaqların sağlam böyüməsi üçün düzgün qidalanmaq vacib şərtlərdəndir. Sağlam qidalanan uşağın immun sistemi möhkəm olur. Məktəbə getməzdən öncə evdə yemək yeməyi vərdiş halına gətirmək lazımdır. Çünki, bu uşağın özünü gümrah hiss etməsinə və gün ərzində görəcəyi işlərin keyfiyyətinə müsbət təsir göstərəcək.Şagirdlər dərs arası fasilələrdə yemək üçün özləri ilə məktəbə yemək çantasında müxtəlif ərzaqlar gətirirlər.Həkim Azər Seyidəliyev deyir ki, yaxşı olar ki, belə çantalarda konservantlar qatılmayan, təbii qidalar yer almalıdır. Bu çantaya qoyulması vacib olan qidalardan biri də çərəzlərdir.İnkişaf dövründə olan uşaqların sağlam qidalanması,sümüklərinin bərkiməsi üçün kalsiumla zəngin süd məhsullarından tez-tez istifadə etmək olar.Meyvələr də bu çantanın ayrılmaz hissəsi olmalıdır.5-ci sinif şagirdi Turac da məktəbə gedərkən özü ilə yemək çantası aparır. Onun yemək çantasına anasının hazırladığı şirniyyatlar və meyvələr yer alır.Məktəblinin yemək çantasını hazırlayarkən, diqqət edilməsi mühüm olan məqamlardan biri də çantaya uşağın sevdiyi və zövqünə uyğun yeməklərin qoyulmasıdır.Uşaqların çantasına qoyulan yeməklərin sağlam olması ona görə vacibdir ki, gələcəkdə qeyri-sağlam qidalanma vərdişləri yaranmasın.