14 yaşlı məktəbli Türk dünyası bilim olimpiadasında raket və modelçilik üzrə 2-ci yeri tutub

01 Noyabr 2019 13:01

14 yaşlı Zahir Dəmirov  öz istedadı ilə həmyaşıdları arasında seçilir. O, təyyarə və raket maketləri hazırlayır. Mexanizmlərə, texnikalara marağı olduğunu söyləyən dostumuz bu həvəsin onda kiçik yaşlarından yarandığını deyir. Zahir 17 ölkədən iştirakçıların qatıldığı Türk dünyası bilim olimpiadasında raket və modelçilik üzrə 2-ci yeri tutub.Bu fəaliyyəti ilə yanaşı Zahir məktəbdə dərslərini də yaxşı oxuyur. Dostumuz  Bakı şəhər 245 nömrəli orta məktəbin 9-cu sinif şagirdidir. O gələcəkdə mühəndis olmaq arzusundadır.Zahirin hədəfi modelizm fəaliyyətini daha da inkişaf etdirməkdir.  O  Niderlanda keçiriləcək müsabiqəyə hazırlaşır. Biz də ona uğurlar arzulayırıq.