Məktəblilər Azərbaycan Xalq Cumhuriyyəti dövründə buraxılan pullarla tanış olublar

29 2018 15:30

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, həm də ilk milli kağız pulların dövriyyəyə buraxılmasının 100 illiyi kimi tariximizə düşüb. Məktəblilər Xalq Cümhuriyyəti dövründə istifadə olunan pullar haqqında məlumat əldə etmək üçün Xaçmaz Tarix Diyarşünaslıq muzeyinə ekskursiya ediblər. Muzeydə qədim pullar xüsusi ekspozisiyada nümayiş olunur. Bələdçi uşaqlara ilk milli kağız pulların rəngləri, ölçüləri və üzərindəki ornamentlərlə bağlı ətraflı məlumat verib. Azərbaycan Demokratik Respublikasının digər ölkələr tərəfindən tanınması üçün 500 manatlıq əsginasın üzərində dövlətin adı və pulun dəyəri fransız dilində çap olunub.Hazırda muzeydə cümhuriyyət dövründə istifadə olunan 16 ədəd  25, 50 və 100 manatlıq əsginas qorunub saxlanılır. Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində qədim pullar saxlanan ekspozisiyaya  bu il 200-ə yaxın məktəbli ekskursiya edib.