Düymələrdən əl işləri necə hazırlanır?

02 Noyabr 2019 11:02

Düymə, balıqqulağı və daşlardan hazırlanan əl işləri. Onları Quba rayon, Qımılqışlaq kənd ümumi ota məktəbinin şagirdləri hazırlayıblar. Kazım əl işlərini əsasən düymələrdən hazırlayır.  Bu incə və  vaxt aparan iş olsa da, dostumuz məşğuliyyətindən böyük zövq alır. Aydan isə balıqqulaqlarından güllər düzəldir.  Məktəbli deyir ki, bu əl işlərini hazırlamaq üçün rəssamlıq bacarığı olmalıdır. Məktəbin daha bir istedadlı şagirdi Nazlı adi daşlara yeni nəfəs bəxş edir. O, daşlardan maketlər hazırlayır.İstedadlı dostlarımız əl işləri ilə müsabiqələrə qatılmaq niyyətindədirlər.