Plastik qabların hansı zərərləri var?

02 Noyabr 2019 11:41

Gündəlik məişətdə plastik qablardan çox istifadə edirik.  Bir çox qida məhsulları, sular plastik qablarda satılır. Bu qabların tərkibində sağlamlığımız üçün  zərərli olan maddələr var. Xüsusilə isti mühitdə onların tərkibindəki kimyəvi maddələr qida ilə reaksiyaya girərək zəhərlənməyə səbəb olur. Mütəxəssislər bildirir ki, sağlamlıq üçün plastik qablardan təmamilə imtina etmək lazımdır. Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik materiallar eyni zamanda torpağı və ətraf mühiti zəhərləyir. Bir plastik qabın təbiətdə çürüyərək “yox olması” üçün isə 450-500 il vaxt lazımdır. Nəticədə böyük tullantı qalaqları meydana gəlir. Qida məhsulunu plastik qabda deyil, şüşə və ya farfor qablarda saxlamaq daha məqsədəuyğundur.