Canlılar niyə əsnəyir?

05 Noyabr 2019 12:24

Əsnəmə hərəkəti dərindən nəfəsalma və enerjili nəfəsvermədən ibarətdir. Qəribədir ki, insanların çoxu əsnəyən bir adama baxarkən özləri də əsnəyirlər.Amma məlum olub ki, 4 yaşından kiçik uşaqlar bu hərəkəti təkrar etmirlər.Əsnəmə orqanizmə bir çox narahatlıqlardan qurtulmağa kömək edir.Ona görə də əsnəmənin qarşısını almağa çalışmayın.Əsnəmənin müddəti 6 saniyədən çox olmur.Alimlərin apardığı araşdırmalara görə insanların qış mövsümündə daha çox əsnədiklərini sübut olunub. Əsnəyən zaman etik qaydalara görə əli ağıza tutmaq lazımdır.