Azərbaycan Milli Xalça Muzeyində Uşaq Festivalı keçiriləcək

05 Noyabr 2019 12:29

Qədim xalq sənətlərinin geniş yayılmış növlərindən biri də xalçaçılıqdır.  Özünəməxsus naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları dünyada seçilir. Məktəblilər arasında da bu qədim sənətə maraq göstərənlər var. Onlar dərnəklərə qatılaraq xalçaçılığın incəliklərini öyrənirlər.Məktəblilər deyir ki, böyük həvəslə xalça toxuyur və bu məşğuliyyətdən zövq alırlar. Onlar çeşni hazırlamağı da öyrənirlər. Öz çeşniləri əsasında toxuduqları xalçalar da var. Dostlarımız xalçaçılıq ənənələrini yaşatmaqla mədəniyyətimizin, milli adət-ənənələrizin qorunmasına töhfə vermiş olurlar.