Sığorta nədir?

05 Noyabr 2019 12:32

Sığorta sözünü tez-tez eşidirik. Bəs sığorta dedikdə nə başa düşülür? Ekspert Xəyal Məmmədxanlı deyir ki, sığorta anlayışı  risklərin və təhlükənin başqası ilə paylaşıldığı bir mexanizmdir. Yəni ki, hər hansı bir səbəbdən ziyana düşmüş insana, müəssisəyə müəyyən miqdarda dəymiş zərər ödənilir.Sığorta növləri arasında ən geniş yayılanı tibbi sığortadır. İnsanlar xəstələnmədiyi halda da müəyyən fondlara pul köçürür və onlar cəmlənir. Xəstəliyi olan insanlar bu vəsaitlərdən istifadə etməklə müalicə ala bilir. Bu qaydada insanlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar. Bəs valideyinlər uşaqların tibbi sığorta xidmətlərindən yararlanmasına necə yanaşır?Tibbi sığorta həmçinin tibbi xidmətlərin keyfiyyətinə də nəzarət etməyə, həkimlərin məsuliyyətinin artırılmasına, insanların səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməyə şərait yaradır.