Ağacların yaşını necə müəyyən etmək olar?

06 Noyabr 2019 11:01

Məktəblilər meşələrimizdə bitən uzunömürlü ağaclar haqqında maraqlı məlumat  əldə etmək üçün təbiət qoynuna yollanıblar. Onlara meşə gözətçisi Naməddin Məmmədəliyev bələdçilik edib. Dostlarımız meşədə bitən qovaq, palıd, vələs və müxtəlif ağac növləri  ilə yaxından tanış olublar.Şagirdlər meşədə bitən ağacların yaşını təyin etməyin yollarını da öyrəniblər.Bir ağac il ərzində atmosferə təxminən 120 kiloqram oksigen istehsal edir. Bu qədər oksigen üç nəfərdən ibarət bir ailənin bütün il boyu tənəffüsünə bəs edər. Ağaclar atmosferin çirklənməsinin qarşısını alan ən etibarlı müdafiə vasitələridir. Onlar havanı işlənmiş qazlardan təmizləyir və şəhərlərin səs fonunu tənzimləyir.