Məktəbdə davranış qaydaları necə olmalıdır?

06 Noyabr 2019 11:04

Hər yerin özünə uyğun nizam-intizam qaydaları olur ki, orda hər kəs bu tələblərə əməl etməlidir. Eləcə də məktəb təhsil müəssisəsi olduğundan burda şagirdlər qoyulan qaydalara uyğun davranmalıdır. Birinci şərt nəzakətli olmaqdır. Müəllim və şagirdlərlə ünsiyyətdə etiket qaydalarına riayət etmək lazımdır. Məktəblinin ümdə vəzifəsi bilik öyrənmək olduğundan dərs zamanı müəllimi dinləməli, verilən tapşırıqları vaxtında yerinə yetirməlidir. Dərsdə yersiz danışmaq, başqalarının diqqətini yayındıran hərəkətlər etmək və dərsi pozmaq olmaz.Tənəffüs zamanı dəhlizdə, pilləkənlərdə qaçmaq olmaz. Sinfə və ya başqa bir otağa daxil olankən qapını döyüb icazə almaq şərtdir.Hər bir  məktəbli sinif otağını, dəftər-kitabı və digər ləvazimatları səliqəli saxlamağa çalışmalıdır.