Gənc jurnalist Fidan Əliheydərin yeni kitabı işıq üzü görüb

06 Noyabr 2019 11:07

Gənc jurnalist Fidan Əliheydərin yeni kitabı işıq üzü görüb. İstedadlı yazarın "Dəyiş" adlanan ilk kitabı motivasiya xarakterlidir və Azərbaycanda mənəvi inkişaf kitabı olaraq ilk nəşrlərdən hesab olunur. Fidan Əliheydər oxucularına mesajlar verməklə hər bir insanın həyatını istədiyi istiqamətdə dəyişməyin mümkün olduğunu bildirib. Yazıçının fikrinə görə, bunun üçün insanın düşüncəsinə müəyyən mənada dəyişiklik etməsi, onu narahat edən buxovları qırması və özünü mənəvi baxımdan inkişaf etdirməsi kifayət edir.Kitabın təqdimat mərasimində tanınmış jurnalistlər, televiziya əməkdaşları iştirak ediblər. Tədbir maraqlı məqamlarla yadda qalıb. Belə ki, təqdimat mərasimi musiqi nömrələri ilə, maraqlı çıxışlar və müəllifin ifaları ilə yadda qalıb.Kitabda insanın inkişafının qarşısını ala bilən bütün əngəllərin aradan qaldırılmasına dair məsləhətlər verilir. Odur ki, özünü dəyişmək istəyən hər kəs "Dəyiş"i oxumaqla dəyişə bilər.