Hansı peşələrə maraq daha çoxdur?

07 Noyabr 2019 12:07

Hər bir insan yaşamını təmin etmək, uğur qazanmaq üçün müəyyən bir peşəyə yiyələnməlidir. Orta məktəbdə müəyyən biliklər qazandıqdan sonra  artıq peşə seçimi edilir. Peşə bacarıqları isə ali təhsil müəssisələrində, peşə məktəblərində təkmilləşdirilir. Bəs görəsən şagirdlər daha çox  hansı peşələrə üstünlük verirlər?Xaçmaz peşə liseyində oxuyan dostlarımızla həmsöhbət olduq. Liseydə 273 tələbə təhsil alır. Burada onlar  “Dərzi”, “Xarrat-dülgər və parket ustası”, “İnşaat rəngsazı”,  “Aşpaz“, “Yerli bələdçi”, “Xalçaçı”, “Əməliyatçı-mühasib”, “Əl elektrik qaynaqçısı” və “Tornaçı”  peşəsinin sirlərinə yiyələnirlər. Peşə liseyinin baş ustası Davud Davudovun sözlərinə görə, tornaçı, dülgər, qaynaqçı və aşpaz kimi ixtisaslara maraq daha böyükdür.Peşə məktəbində  tələbələr üçün lazımi avadanlıqlarla təhciz olunmuş emalatxanalar fəaliyyət göstərir.