Tikləri aradan qaldırmaq mümkündürmü?

07 Noyabr 2019 12:09

Tiklər insanın özündən asılı olmayaraq, ani özünü göstərən əzələ sıxılmasıdır. Bu özünü əllərin hərəkəti, göz qırpması, çiyin atması, və burun çəkməsi şəklində biruzə verir. Tiklər əsasən həssas, emosional və məsuliyyətli uşaqlarda daha çox rast gəlinir.Ani hərəkətlər bir çox hallarda psixoloji gərginlikdən sonra baş verir. Tutaq ki, 5 yaşlı uşaq evdə olanda sərbəst idisə, istədiklərinə nail olurdusa, məktəbə getdikdən sonra məsuliyyət hiss edir. Bəzi uşaqlarda müəllimə cavab verə bilməmək, dərsə gecikmək qorxusu yaranır. Bu da tiklərin yaranmasına səbəb ola bilər.Tiklər keçici və qalıcı ola bilər. Psixoloq Fatiməxanım Qasımova deyir ki, bu cür uşaqlarla həsas davranmaq lazımdır. Digər şagirdlərə izah olunmalıdır ki, bu hərəkətlər yoldaşınızın istəyindən asılı olmayaraq baş verir. Ona görə də normal qəbul etmək lazımdır.Mütəxəssislər deyir ki, keçici tikləri müxtəlif terapiya üsulları ilə aradan qaldırmaq olur.