Ucadan oxumağın hansı üstünlükləri var?

07 Noyabr 2019 12:17

Ucadan oxu şagirdlərə sürətli və ifadəli oxu vərdişləri qazandırır. Məktəblilər bu üsulla mütaliə edərək hərfləri və sözlərdəki hecaları öyrənirlər.Oxumağa yeni başlayan uşaqlar üçün ucadan oxu olduqca vacibdir. Onlar oxu zamanı gözlərini sətir boyu gəzdirərək, daha çox söz oxuya bilirlər.Birinci sinif şagirdləri bir dəqiqədə ucadan sürətlə 20-25 söz, ikinci sinif şagirdləri 40-45 söz, üçüncü sinif şagirdləri 65-75 söz, dördüncü sinif şagirdləri isə 85-95 söz oxumalıdırlar. Bəs görəsən məktəblilər nitqlərini inkişaf etdirmək üçün bu üsuldan yararlanırlarmı?Ucadan oxu zamanı şagirdlər sözlərin düzgün deyiliş qaydalarını da öyrənirlər. Həmçinin uşaqların söz ehtiyatı artır ki, bu da onların nitqinə müsbət təsir göstərir.