Məktəblilər “Arxeologiya və Etnoqrafiya” muzeyinə ekskursiya ediblər

08 Noyabr 2019 12:51

Bu dəfə məktəbli dostlarımızla  Arxeologiya və Etnoqrafiya Muzeyinə ekskursiya etmək qərarına gəldik. Çünki, hər birimiz tarixlə yaxından maraqlanırıq. Muzeydə eramızdan əvvəl və orta əsrlər dövrünə aid mühüm arxeoloji  materiallar, eksponatlar qorunur. Eləcə də, burada Azıx mədəniyyətindən başlamış müxtəlif dövrlərin mədəniyyət və məişəti ilə yaxından tanış olmaq olar.Arxeologiya və Etnoqrafiya Muzeyində Azərbaycan xalqının adət-ənənələrini əks etditən fərqli ekspozisiyalar nümayiş olunur. Muzeyə maraq böyükdür.Burada valideynləri ilə gəzintiyə gələn uşaqlarla da həmsöhbət olduq.Muzeydəki eksponatlar ölkəmizdəki ibtidai insan düşərgələri, qədim dövlətlərin tarixi və maddi mədəniyyəti, Azərbaycanın qədim dövr incəsənəti, ulu əcdadlarımızın yaşayış tərzi və mədəni həyatı haqqında dolğun təsəvvür yaradır. Mütəxəssislər bildirir ki, uşaqların muzeylərə, incəsənət mərkəzlərinə, kitabxanalara sıx-sıx ekskursiya etməsi onların dünyagörüşünün inkişafına müsbət təsir edir. Kiçik yaşlarından xalqının mədəniyyəti, tarixi ilə tanış olan məktəblilər vətənpərvər ruhda böyüyürlər.