Uşaqların xarakteri neçə yaşda formalaşır?

08 Noyabr 2019 12:58

Həmyaşıdlarımıza, ətrafımızdakı insanlara fikir versək hər birinin fərqli xasiyyətlərə malik olduğunu müşahidə etmiş olarıq. Kimisi küsəyəndir, kimisi cəsarətlidir, kimisi də utancaqdır və s. Bütün bunlar xarakterdən asılıdır. Bəs uşaqların xarakteri necə formalaşır? Xarakterin xüsusiyyətləri ilk növbədə yaşadığımız mühitin təsiri ilə, ailədə, məktəbdə aldığımız təlim-tərbiyə əsasında formalaşır. Bundan əlavə xarakterə təsir edən digər amillər də var.Xarakterin formalaşdığı 6 yaşa qədərki dönəmdə valideynlər uşaqla daha çox zaman keçirməli, onlarla müxtəlif oyunlar oynamalı, övladlarına qarşı diqqəti artırmalıdırlar.  Uşaqlarla sıx ünsiyyət, səmimi davranış onların xarakterində müsbət xüsusiyyətlərin inkişafına təkan verir.Xarakterin formalaşmasında ailənin və məktəbin rolu çox böyükdür. Valideynlər və müəllimlər çalışmalıdır ki, uşaqlarla dost olsunlar. Balacalara bir şəxsiyyət kimi yanaşılmalıdır. Bu onlarda özünəinam hissini gücləndirir. Uşaqların xarakterində dostluğa sadiq olmaq, etibarlı olmaq kimi keyfiyyətlər formalaşır.