Quba UGİM-in şagirdləri müxtəlif ölkələrin bayraq rəsmlərini çəkib

12 Noyabr 2019 10:42

Azərbaycan, Türkiyə Rusiya və müxtəlif dövlətlərin bayraqları.Gördüyünüz bu rəsmləri Quba Uşaq Gənclər İnkişaf mərkəzinin fırça həvəskarları çəkiblər.Dostlarımızın çəkdiyi rəsmlər arasında Bəhreyn, İran, Almaniya, Gürcüstan, Fransa və digər ölkələrin də bayraqları yer alıb.Məktəblilərin bayraq rəsmlərinin təsvirini hazırlamaqda məqsədi müxtəlif ölkələrin dövlət rəmzləri ilə yaxından tanış olmaqdı. Onlar bayraqlardakı rənglərin və simvolların mənası ilə də tanış olublar.İstedadlı dostlarımız hazırladıqları rəsmlərin sərgisini təşkil etmək niyyətindədilər.