Q.Qarayev adına musiqi məktəbində “Bayraq mənim qürurumdur” adlı tədbir keçirilib

12 Noyabr 2019 11:05

9 noyabr Dövlət bayrağı günü ilə əlaqədar olaraq Qara Qarayev adına mərkəzi incəsənət məktəbində. “Bayraq mənim qürurumdur “ adlı tədbir keçirilib. Tədbirdə məktəblilər çıxış edərək bayrağımız, dövlətçilik tariximiz haqqıında iştirakçılara məlumat veriblər. Daha sonra istedadlı dostlrımız bacarıqlarını nümayiş etdiriblər.Tədbirin keçirilməsində əsas məqsəd məktəblilərə doğma vətənə, bayrağa sevgi aşılamaqdır. Mərkəzin müəllimləri deyir ki, bu cür tədbirlərin keçirilməsi uşaqların vətənpərvər ruhda böyüməsinə təkan verəcək. Tədbirin sonunda müxtəlif Azərbaycana və üçrəngli bayrağımıza həsr olunan mahnılar səsləndirilib, milli rəqslərimiz nümayiş olunub.