Uşaqlara nə qədər cibxərcliyi verilməlidir?

12 Noyabr 2019 12:07

Əksər valideynlər öz övladına cibxərcliyi verir.Bəs bu pulun miqdarı qədər olmalıdır? Valideynlər bilməlidirki,cibxərcliyi düzgün davranış, dərsdəki müvəffəqiyyət üçün verilən mükafat, ya da ev işlərini görməyin qarşılığında verilən məbləğ deyil. Bu pul uşağa ondan düzgün istifadə etməyi öyrənmək məqsədilə verilməlidir. Cibxərcliyi həm də uşaqda ehtiyacı olan əşyanı əldə etməsi üçün müstəqil qərar vermək bacarığı yaradır. Psixoloq Şahbaba Vahabzadnin sözlərinə görə uşaqlara cib xərcliyi cəmiyyət arasına çıxdığı ilk dövrlərdənverilməlidir. Hesab olunurki, bu yaşda uşaqlar pulun itirilməyəcəyini başa düşür, ondan düzgün istifadə etməyi bacarır. Əgər sərt bir şəkildə uşağın cib xərcliyinə nələri alıb-ala bilməyəcəyini müəyyənləşdirirsinizsə, o zaman, bu müstəqil bacarıqların inkişaf etməsinin qarşısını alacaq. Adətən velosiped və ya bahalı əşya seçərkən övladınızın sizinlə məsləhətləşməsini öyrətməyiniz məsləhətdir. Uşaqlar böyüklərdən fərqli olaraq, vaxtlarını başqa cür hesablayırlar. Təqvim onlar üçün olduqca uzunmüddətdir.Azyaşlı uşaq cibxərcliyini bacarıqla istifadə edə bilməz. O ilk günlərdə bütün məbləği sərf edə bilər. Çünki o hələ maliyyə vəziyyətinə nazarət edə bilmir. Buna görə də bu prosesə rəhbərlik etmək daha yaxşıdır. Yaş artdıqca uşaqlarda büdcə anlayışı formalaşır.