Uşaqlar daha çox hansı janrda mahnıları dinləməlidir?

12 Noyabr 2019 12:14

Musiqi insan üzərində böyük psixoloji təsirə malikdir. Dinlədiyimiz musiqilər bizi müəyyən mənada həm də tərbiyə edir, zövqümüzü formalaşdırır. Bəs  görəsən uşaqlar əsasən hansı musiqilərə qulaq asır? Bəstəkarlar deyir ki, uşaqlarda musiqi zövqünün formalaşmasında valideynlərin rolu böyükdür. Çalışmaq lazımdır, evdə mütəmadi olaraq klassik musiqilər səslənsin. Bu, uşaqların musiqi duyumunun inkişafına, həmçinin musiqi alətlərinə həvəs göstərməsinə təkan verir. Psixoloqlar bildirir ki, uşaqlar psixoloji və emosional cəhətdən həssas olduğundan, onların dinlədiyi musiqilərə, mahnılara nəzarət etmək lazımdır. Elə mahnılar var ki, onların mətnində azyaşlıların psixologiyasına zidd şüarlar səslənir. Valideynlər bu məsələdə diqqətli olmalıdır.Musiqi dinləmək və ya musiqi alətlərində ifa etmək məktəblilərin dərsdəki nəticələrinə müsbət təsir edir. Yaradıcı fəaliyyət dünyagörüşü artırır, təxəyyülün inkişafına kömək edir.