Gün ərzində nə qədər piyada gəzmək lazımdır?

12 Noyabr 2019 12:22

Mütəxəssislər insan sağlamlığına təsir edən amilləri araşdırarkən belə bir qənaətə gəliblər ki,  gündə təxminən 10 min addım gəzmək orqanizmi möhkəmləndirir.Aparılan təcrübələrdə 5 min, yoxsa 10 min addımın sağlamlığa daha faydalı olduğu müqayisə edilib. Nəticədə daha çox addımın daha effektli olduğu aydınlaşıb. Bəs görəsən uşaqlar gün ərzində nə qədər gəzməlidir?Aktiv həyat tərzi sağlamlığın təməlidir. Çünki bir çox xəstəliklər  səbəbi məhz oturaq həyat tərzi keçirməkdən yaranır. Müəyyən səbəblərdən idmanla məşğul ola bilmirsinizsə bunu  piyada gəzməklə əvəzləyə bilərsiz. Çünkipiyada gəzinti əhvalı yaxşılaşdırır, sümük və oynaqları, əzələləri möhkəmləndirir. Bu zaman həm də beyin təmiz hava ilə qidalanır və daha sürətli çalışır.Gəzmək tənəffüs yolları üçün xüsusilə xeyirlidir.Bundan başqa gəzinti zamanı həzm sisteminin fəaliyyəti yaxşılaşır,görmə qabiliyyətinə müsbət təsiri edir,  immun sistemi güclənir. Dostlar gün ərzində 30-40 dəqiqə piyada gəzməklə orqanizminizdə baş verən müsbət dəyişikliklərin şahidi olacaqsınız.