Texnologiya dərsində şagirdlər hansı bacarıqlara yiyələnir?

12 Noyabr 2019 12:30

Şagirdlərin müxtəlif sənətlər haqqında təsəvvürünün yaranması, ilkin peşə bacarıqlarına  yiyələnməsi üçün texnologiya dərslərinin böyük əhəmiyyəti var. Məktəblilər bu dərsdə sadə ölçmə, kəsmə, biçmə, tikmə, qatlama və yapışdırma kimi sadə prosesləri öyrənirlər.Şabran rayonu, Gəndab kənd tam orta məktəbinin 4-cü sinif şagirdləri texnologiya dərsində maraqlı əl işləri hazırlayırlar. Onlar bu zaman sadə əmək alətlərini işlətməyi də öyrənirlər.Texnologiya müəllimi Leyla .... deyir ki, şagirdlərin texnologiya dərsində öyrəndiyi bilik və bacarıqlar gələcək həyatlarında onlara çox lazım olur.Texnologiya dərsi uşaqlarda əmək vərdişlərini formalaşdırmaqla yanaşı, onların dünyagörüşünə müsbət təsir göstərir. Həmçinin məktəblilərin istedadının üzə çıxarılmasında da  bu dərsin əhəmiyyəti var.