Sağlam dişlərə sahib olmaq üçün nə etməliyik?

13 Noyabr 2019 12:07

Uşaqların sağlamlığı üçün vacib olan məsələlərdən biri də dişlərin fırçalanmasıdır. Düzgün və gündəlik diş fırçalama vərdişi diş sağlığı vacibdir. Mütəxəssislər deyir ki, uşağın arxa dişləri çıxandan sonra diş fırçalamağa başlamaq olar.   Balaca dostumuz Yaqub hər gün dişlərini fırçalayır, onlara qulluq edir.Uşaqların yumşaq tüklü fırçadan istifadə etməsi məsləhətdir. Əks halda sərt fırça damağı və dişləri zədələyə bilər. Balacalar üçün tərkibində ftor maddəsi olmayan, təbii diş məcunları seçilməlidir. Məcunun cəzbedici qoxusunun olmasına da fikir verin. Bu uşağın dişlərini fırçalamağa daha da həvəsləndirəcək. Balacalar üçün fırçanın üzərinə noxud boyda məcun qoymaq kifayətdir.Diş fırçalama vərdişi uşaqlara kiçik yaşlarından aşılanmalıdır. Dişlərin erkən müdafiəsi onların sağlam və möhkəm olması deməkdir.