Payız mövsümünə uyğun olmayan isti havanın hansı mənfi təsirləri var?

13 Noyabr 2019 12:15

Payız fəslini yaşasaq da havalar çox mülayim və isti keçir. Sanki, yaz fəslidir.  Deyəsən günəş bizi çox sevir, ayrılmaq istəmir. Bu uşaqları sevindirsə də, adətən yağışlı, sərin keçən payıza xas olmayan havanın bir sıra mənfi təsirləri ola bilər. İsti havada bakteriyaların fəallaşması üçün şərait yaranır. Nəticədə mövsümi xəstəliklər yayılır. Bunun üçün də valideynlər övladlarını müxtəlif vasitələrlə qorumalıdır.Nə qədər ki, soyuq qış günləri gəlməyib uşaqların açıq havada bol-bol əylənməsinə şərait yaratmaq olar. Təmiz hava orqanizmin möhkəmlənməsinə kömək edir.Uşaqlar gün ərzində təmiz su içməlidir. Meyvə-tərəvəz yeməklə vitamin  qəbulu artırılmalıdır.