Qubada qızlardan ibarət basketbol komandası yaradılıb

14 Noyabr 2019 14:41

Quba rayonu, Qaraçay kənd tam orta məktəbinin qızlardan ibarət basketbol komandası artıq dörd ildir ki, fəaliyyət göstərir.  Heyət  6,7 və 8-ci sinif şagirdlərindən təşkil olunub. Komandanın ümumilikdə 20 oyunçusu var. Qızların basketbola marağı böyükdür.Onlar məşqlərə həvəslə qatılırlar.Məşqçi Səlimcan Rizmanov deyir ki, məktəbliləri komandaya cəlb edərkən onların topla davranışları, fiziki göstəriciləri nəzərə alınır. Nəticələr qaneedici olursa həmin şagird  komandaya qəbul edilir. Basketbolçu qızlar indiyə qədər müxtəlif yarışlarda güclərini sınayıblar. Onların bir sıra naliyyətləri də var. İdmançı dostlarımız hazırda Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə keçiriləcək yarışa hazırlaşırlar.