Açıq havada olan oyunların uşaqlar üçün hansı faydaları var?

14 Noyabr 2019 14:46

Uşaqlar açıq səma altında daha rahat və əyləncəli oyunlar oynayırlar. Balacalar üçün açıq havada dostları ilə birlikdə oynamaq böyük bir ehtiyacdır. Çöldə  qaçıb – oynamaq, əylənmək uşaqları daha çox xoşbəxt edir. Onların özlərini sərbəst və rahat hiss etmələrinə şərait yaradır. Açıq hava oyunları uşaq psixologiyasına da müsbət təsir göstərir. Nəticədə uşaqlar daim yeni oyunlar axtarışında olurlar. Həmçinin bu cür oyunlar uşaqları daha diqqətli və hafizəli edir.Gün ərzində uşaqlar bir saat açıq havada oynamalıdırlar. Çöl oyunları uşaqların təmiz havaya olan təlabatını ödəyir. Həmçinin onları bir-birinə qarşı nəzkətli olmağı öyrədir.