Əllərimizi düzgün necə yumalıyıq?

14 Noyabr 2019 14:51

Gün ərzində əlləri yumaq sağlamlıq üçün olduqca vacibdir. Əllər yuyulmadığı təqdirdə mikrob və viruslara yoluxma ehtimalımız daha yüksək olur. Unutmaq olmaz ki, bütün infeksiyaların 80% -i əllərimiz vasitəsi ilə ötürülür. Körpələr və uşaqların səhhəti viruslara qarşı daha həssas olduğu üçün gigiyena qaydalarına daha diqqətli yanaşmalıdırlar. BALACALAR tez tez əl yumaqla xəstəliklərə yoluxma riskini xeyli azaltmış olarlar. Payız və qış aylarında əlləri ilıq su ilə yumaq lazımdır. Sabundan da istifadə etməyi unutmayın. Barmaqların arasını yaxşıca yumaq məsləhətdir. Dostlar, gigiyena qaydalarına əməl edin ki sağlam olasınız. Vaxlı vaxtında dırnaqlarınızı tutun, əllərinizi təmiz saxlayın və gündə 2 dəfə dişlərinizi fırçalamağı unuutmayın.