Cizgi filmləri necə hazırlanır?

15 Noyabr 2019 10:53

Dostlar, hər gün “ARB Günəş”də müxtəlif cizgi filmləri izləyirsiz. Yəqin, ki, cizgi və animasiya filmlərinin necə ərsəyə gəldiyi hamınıza maraqlıdır.  Elə isə gəlin, bu proseslə yaxından tanış olaq. Öncə yaxın keçmişə səyahət edib cizgi filmlərinin yaranma tarixi ilə tanış olaq.Mütəxəssislər deyir ki, rəsmə və qrafikaya maraq göstərən uşaqlar animator ola bilərlər. Məsələn, bəzən balacalar plastilindən müxtəlif fiqurlar, heykəlciklər hazırlayır, özlərinin qurduğu senarilər əsasında oyun oynayırlar və ya çəkdikləri rəsmlərdə personajlar təsvir edib hər hansı bir hekayə qururlar. Bu cür bacarıqları olan uşaqları animatorluğa istiqamətləndirmək olar.Uşaqların təlim-tərbiyəsində və mariflənməsində cizgi filmləri müstəsna rola malikdir. Ölkəmizdə bu sahənin inkişaf etməsi üçün peşəkar mütəxəssislərə, animatorlara ehtiyac var. Odur ki, cizgi  filmləri hazırlamağa həvəsiniz varsa bacarıqlarınızı inkişaf etdirib uğur qazana bilərsiniz.