Uşaqların yol hərəkəti qaydalarını öyrənməsi üçün maarifləndirici aksiya keçirilib

29 2018 16:04

Daxili İşlər Nazirinin əmrinə əsasən sentyabrın 15-dən - oktyabrın 15-dək ölkəmizin şəhər və rayonlarında “Diqqət, uşaqlar” adı altında təhlükəsizlik aylığı keçirilir. Maarifləndirici aksiyalardan biri də Quba şəhər 2 saylı Təbiət fənləri təmayüllü liseydə baş tutub. İlk olaraq şagirdlərə yol nişanları və hərəkət qaydaları haqqında məlumat verilib.   Daha sonra təhlükəsizlik qaydaları məktəblilərə yolda əyani şəkildə izah olunub. Aksiyanın keçirilməsində məqsəd uşaqları baş verə biləcək yol nəqliyyat hadisələrindən qorumaqdır. Təhlükəsizlik aylığı çərçivəsində sürücülərlə də maarifləndirici söhbət aparılıb. Onlara yollarda diqqətli olmaq tövsiyə olunub. Belə tədbirlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.